Bank Of Baku

Milli Məclisinin Sosial siyasət komitəsinin iclasında iki qanun layihəsi müzakirə olunub

Milli Məclisinin Sosial siyasət komitəsinin iclasında iki qanun layihəsi müzakirə olunub
# 16 fevral 2011 15:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda bir neçə qanun layihəsi müzakirə olunub.

İclasda «Dərman vasitələri haqqında» qanuna əlavə edilməsi barədə layihə müzakirə olunub. Bildirilib ki, qanun layihəsinə edilmiş əlavəyə əsasən dərman vasitələri dövlət qeydiyyatına alınarkən müvafiq icra hakimiyyəti tərəfindən həmin dərman vasitəsinin gigiyenik sertifikatı da veriləcək. Qanun layihəsinə əlavə bəyənilərək Milli Məclisin iclasına tövsiyə olunub.

Daha sonra «Sosial xidmət haqqında» qanun layihəsi müzakirə olunub. Komitə sədri Hadı Rəcəbli bildirib ki, qanun layihəsi hazırlanarkən Qazaxıstan, Türkiyə və digər ölkələrin təcrübəsindən istifadə olunub. Qanun layihəsində sosial siyasət sahəsində dövlət siyasətinin əsas prinsipləri, sosial siyasətdən istifadə hüququ, şəxsin çətin həyat şəraitində hesab edilməsinin əsasları, çətin şəraitdə olan ailənin hüquq və vəzifələri, həmin ailənin sosial xidmət göstərilməsi üçün müraciəti, bu müraciətdən imtina edilməsi, çətin həyat şəraitində olan şəxslərin sosial xidmət müəssisəsinə yerləşdirilməsi, sosial işçinin hüquq və vəzifələri, sosial xidmətin formaları, evdə sosial xidmət, xidmətin təşkili, maliyyələşdirilməsi, sosial xidmət göstərilməsinə nəzarət və s. məsələlər əksini tapıb.

Qanun layihəsi barədə fikir və təkliflərini səsləndirən deputatlar bildiriblər ki, sosial xidmətin QHT-lər vasitəsilə göstərilməsi mümkündür. Bunun üçün müvafiq dövlət qurumu tender keçirməli və bu işləri həyata keçirə bilən QHT-ləri seçməlidir.

Sonda qanun layihəsi təkliflər nəzərə alınmaqla yenidən işlənilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR