Bank Of Baku

Azərbaycanda əlillərin pulsuz mənzillə təmin olunması prosedurlarına dəyişiklik edilə bilər

Azərbaycanda əlillərin pulsuz mənzillə təmin olunması prosedurlarına dəyişiklik edilə bilər
# 16 fevral 2011 15:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanda əlillərin pulsuz mənzillə təmin olunması prosedurlarına dəyişiklik edilə bilər.

APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında maraqlı təklif səsləndirilib və bəyənilib.

Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev əlillər üçün pulsuz mənzillərin verilməsi zamanı əsas götürülən ailədə adambaşına düşən mənzil sahəsinin artırılmasını təklif edib. Deputat bildirib ki, bu gün Azərbaycanda bu hədd 9 kvadratmetr götürülür: «Rusiyada bu 17 kvadratmetr, digər ölkələrdə isə fərqli götürülür. Əlilin hərəkət etmə imkanları və s. əsas götürülərək bu göstəricini artırmaq, ən azı 10 kvadratmetr etmək lazımdır».

Deputatın təklifi komitə üzvləri tərəfindən müsbət qarşılanıb və gələcəkdə bununla bağlı müvafiq qanunvericiliyə dəyişikliklərin edilməsinə razılıq verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR