Bank Of Baku

Azərbaycan paytaxtında hava az yağıntılı olacaq, zəif qar yağması ehtimalı var

Azərbaycan paytaxtında hava az yağıntılı olacaq, zəif qar yağması ehtimalı var
# 17 fevral 2011 09:32 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə müdiri Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, fevralın 17-dən 18-ə keçən gecə və səhər paytaxtın bəzi ərazilərində havanın az yağıntılı olacağı, zəif qar yağacağı gözlənilir. Gündüz isə hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, mülayim şimal-şərq küləkləri üstünlük təşkil edəcək. Fevralın 18-də gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da fevralın 17-də bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Lakin fevralın 18-də qərb rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, bəzi şərq rayonlarında havanın az yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Şərq küləkləri üstünlük təşkil edəcək.

Mərkəzi Aran rayonlarında gecə temperatur 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə saatlarında 8-13 dərəcə şaxta, günorta 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

G. Məmmədova onlara daxil olan son məlumatlara istinadən deyib ki, Azərbaycan ərazisində ən hündür qar örtüyü Qubanın Xaltan kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 54, Altıağacda 49, Lerikin Kirəvud kəndində 28, Qusarda 27, Daşkəsən-Gədəbəydə 23 sm olub.

G. Məmmədovanın sözlərinə görə, əksər bölgələrdə gecə saatlarında şaxtalı hava müşahidə olunduğu üçün yolların, əsasən isə Balakən-Şəki zonasındakı yolların buz bağlaması ehtimalı var. Bu gün gecə saatlarında də şaxtalı hava şəraiti müşahidə ediləcək. Balakən-Şəki zonası və dağlıq ərazilərdə gecə temperatur 5-10 dərəcə şaxta olacaq. Bununla əlaqədar bu gecə də yolların buz bağlayacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR