Bank Of Baku

Xaçmazda xalça muzeyinin yeni binası inşa olunur

Xaçmazda xalça muzeyinin yeni binası inşa olunur
# 17 fevral 2011 11:35 (UTC +04:00)
Xaçmaz. Zaur Quliyev – APA. Xaçmazda xalça muzeyinin yeni binası inşa olunur. Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayevin APA-nın şimal bürosuna verdiyi məlumata görə, iki mərtəbədən ibarət olacaq muzey binasının ümumi sahəsi 2 min kvadratmetrdir. Rayonun daxili imkanları hesabına inşa olunan binanın birinci mərtəbəsində xalça muzeyi yerləşəcək. Müasir tələblərə cavab verəcək muzeydə bir böyük zal və yardımçı otaqlar fəaliyyət göstərəcək. Hazırda xalça muzeyinin balansında tarixin müxtəlif dövrlərinə aid 200-dən artıq eksponat var.
Binanın ikinci mərtəbəsində isə “Döyüş Şöhrəti” muzeyi, mərkəzi rayon kitabxanası eləcədə uşaq kitabxanası yerləşəcək. Xalça muzeyi bu ilin iyul ayında istifadəyə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR