Bank Of Baku

Qaradağlı kəndində vəhşilik törədən erməni əsgərlərinə məşhur terrorçu Monte Melkonyan başçılıq edib

Qaradağlı kəndində vəhşilik törədən erməni əsgərlərinə məşhur terrorçu Monte Melkonyan başçılıq edib
# 17 fevral 2011 11:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi Xocavənd (Martuni) rayonunun Qaradağlı kəndinin ermənilər tərəfindən işğalının 19-cu ildönümünə həsr olunan tədbir keçirib. APA-nın məlumatına görə, tədbirə Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və digər şəxslər qatılıb.

Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, 1992-ci il fevaralın 17-də Qaradağlı kəndi qeyri-bərabər döyüşdə ermənilər tərəfindən işğal edilib. İşğal zamanı 91 azərbaycanlı qətlə yetirilib, 118-i əsir götürülüb. Əsirlərdən 50 nəfəri Xankəndi və Əsgəranda 2 aydan artıq saxlanılıb. Əsirlərdən 68-i öldürülüb, 50 nəfəri isə böyük çətinilklərlə əsirlikdən xilas edilib.

Erməni işğalı nəticəsində Qaradağlı kəndində 200 yaşayış evi, 1 mədəniyyət evi, orta məktəb, xəstəxana və digər obyektlərin dağıdıldığını deyən E. Hüseynov, bu vəhşiliklərin beynəlxalq terrorçu, ASALA-nın rəhbərlərindən olan Monte Melkonyan tərəfindən həyata keçirildiyini vurğulayıb. (Ermənilərin milli qəhrəman adı verdikləri M. Melkonyan 1993-cü ilin iyununda Azərbaycan əsgərləri tərəfindən layiqli cəzasını alıb.)

Əli Həsənov isə Qaradağlı faciəsinin Xocalı faciəsi öncəsi xəbərdarlıq olduğunu söyləyib və bu hadisənin qarşısının alınmamasına görə o vaxtkı siyasi rəhbərliyi günahlandırıb: “Bu vəhşilikdən nəticə çıxararaq ermənilərin nəyə hazırlaşdığını bilmək olardı. Təəssüf ki, Acərbaycanın o vaxtkı rəhbərliyi, hüquq-mühafizə orqanları, siyasətçiləri bu faciədən nəticə çıxara bilmədilər və Xocalı faciəsi baş verdi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR