Bank Of Baku

Güclü qar Şamaxı, Ağsu və İsmayıllı rayonlarının ucqar dağ kəndlərinə gedən yolların bağlanmasına səbəb olub

Güclü qar Şamaxı, Ağsu və İsmayıllı rayonlarının ucqar dağ kəndlərinə gedən yolların bağlanmasına səbəb olub
# 17 fevral 2011 12:11 (UTC +04:00)
Şamaxı. Şahnəzər Bəşirov - APA. Ötən gün Şamaxı, İsmayıllı və Ağsu rayonlarının dağlıq ərazilərinə güclü qar yağıb, ucqar kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi bir neçə saatlıq kəsilib. Həmin rayonların icra hakimiyyətlərindən APA-nın Şirvan bürosuna verilən məlumata görə, fevralın 16-da gecə saatlarından başlayan və gün ərzində yağan güclü qarla əlaqədar ucqar kəndləri rayon mərkəzləri ilə bağlayan yollarda nəqliyyatın hərəkəti məhdudlaşıb. Dağ kəndlərinə 40-50 santimetr hündürlükdə qar yağıb. İsmayıllı şəhəri ilə 15 kəndi birləşdirən İsmayıllı-Lahıc yolu qar uçqunu səbəbindən 5 saat bağlansa da, bu gün səhər saatlarında nəqliyyatın hərəkəti qismən bərpa edilib. Hazırda İsmayıllı-Lahıc, İsmayıllı-Muğanlı, Şamaxı-Pirqulu yolunun, Şamaxı-Yevlax yolunun Ağsu aşırımının bəzi yerləri, eləcə də Şamaxı şəhərinin dağlıq hissəsindəki küçələr, Pirqulu , Qızmeydan, Avaxlı, Qaleybuğurt, Məlhəm kəndlərini rayon mərkəzi birləşdirən yollar buz bağladığı üçün minik avtomobilləri hərəkət edə bilmir. Yol istismar idarələrinin ağır texnikaları və işçiləri hazırda yolları qardan təmizləyir, əraziyə qum səpirlər.
Dünən həmin rayonların bəzi kəndlərinə elektrik verilişi və rabitə xidməti ilə bağlı müəyyən problemlər yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR