Bank Of Baku

Baş nazirin müavini Əli Həsənov: “Narkotik maddələrin daşınmasında İrandan tranzit ölkə kimi istifadə olunur”

Baş nazirin müavini Əli Həsənov: “Narkotik maddələrin daşınmasında İrandan tranzit ölkə kimi istifadə olunur”
# 17 fevral 2011 12:28 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Həsənov bildirib.

Bu cür halların hələ də mövcud olduğunu deyən baş nazirin müavini bildirib ki, iki ölkə bu problemin qarşısı almaq üçün əməkdaşlıq edir.

“Ancaq çox təəssüflər olsun ki, bu problem hələlik mövcuddur. Əfqan narkotiki Azərbaycana daxil olur və onun daşınmasında Azərbaycandan tranzit ölkə kimi istifadə edilir. Azərbaycana narkotik maddələr İran, Xəzər dənizi, hava nəqliyyatı, nəqliyyatdakı yük maşınları vasitəsilə daxil olur”.

Baş nazirin müavini onu da qeyd edib ki, beynəlxalq layihələrin icrası ilə əlqədar yükdaşımaların həcmi də artır. Bu da öz növbəsində narkotik maddələrin daşınması hallarının artmasına imkan yaradır: «Buna qarşı bizim hüquq-mühafizə orqanları çox ciddi iş aparırlar. Bu günlərdə komissiyanın iclasını keçirəcəyik və orada bütün bu məsələlər ətraflı müzakirə olunacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR