Bank Of Baku

Azərbaycanda 58 min əlil uşaq var

Azərbaycanda 58 min əlil uşaq var
# 17 fevral 2011 12:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Uşaq Hüquqları üzrə QHT Alyansı və “Ümidli Gələcək” Gənclər Təşkilatı əlilliyi olan uşaqların və səhiyyə xidmətlərinin vəziyyətinə dair BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim olunacaq alternativ QHT hesabatının ictimai müzakirəsini keçirib. APA-nın məlumatına görə, alyansın İdarə Heyətinin üzvü Nazir Quliyev deyib ki, əlilliyi olan uşaqların təhsilə cəlb edilməsində, valideyn və cəmiyyətin onlara münasibətində və sağlamlıq məsələlərində narahatlıq yaradan problemlər mövcuddur. Bu məsələyə dair qanunlarda boşluqların olduğunu söyləyən N. Quliyev cəmiyyəti ittiham edib.

Əlilliyi olan uşaqların təhsilə cəlb edilməsi barədə danışan Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin icraçı direktoru Ülviyyə Mikayılova isə bildirib ki, əlilliyi olan uşaqların təhsili ilə bağlı 2000-ci ildən aparılan eksperimentlər uğurla nəticələnib. “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzinin sədri Aydın Xəlilovun sözlərinə görə, ölkədə 462 mindən çox əlilin 58 minini uşaqlar təşkil edir: “Əlil uşaqlardan yalnız 2 minə yaxını internat məktəblərində qalır və təhsil alır. Qalanları isə evlərdə təhsil alırlar. Bu da ciddi problem yaradır”.

Ombudsman Aparatının nümayəndəsi Yeganə Cəfərova əlil uşaqların valideynlərinin psixoloji problemlərinin aradan qaldırılması üçün təlimlərin keçirilməsinin zəruriliyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR