Bank Of Baku

Naftalanda sanatoriya binalarında məskunlaşmış məcburi köçkünlərin köçürülməsinə başlanıb

Naftalanda sanatoriya binalarında məskunlaşmış məcburi köçkünlərin köçürülməsinə başlanıb
# 17 fevral 2011 12:59 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun xəbər verir ki, 1992-ci ilin 26 fevral Xocalı soyqırımından sonra Naftalan şəhərində yerləşən sanatoriyalarda yerləşdirilən xocalılılar üçün Goranboy rayonu ərazisində çoxmənzilli binalar inşa olunub. Tikintisi başa çatmış üç binaya 168 məcburi köçkün ailəsi köçürüləcək. Ərazidə daha 9 belə beşmərtəbəli binanın inşası nəzərdə tutulur. Bu evlərin tikintisindən sonra sanatoriya və ya onların yardımçı binalarında məskunlaşmış 688 ailənin də yeni evlə təmin olunması planlaşdırılır.
Hazırda istismara verilmiş yeni yaşayış massivində 360 yerlik məktəb, 50 yerlik körpələr evi tikilib istifadəyə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR