Bank Of Baku

Dövlət Baytarlıq Xidmətində yerlərdən daxil olan şikayətlərlə bağlı komissiya yaradılacaq

Dövlət Baytarlıq Xidmətində yerlərdən daxil olan şikayətlərlə bağlı komissiya yaradılacaq
# 17 fevral 2011 13:26 (UTC +04:00)
APA-nın Qərb bürosunun verdiyi məlumata görə, müşavirədə qərb bölgəsi şəhər və rayonlarının baytarlıq idarələrinin, zona baytarlıq laboratoriyaları və diaqnostika kabineti rəhbərləri iştirak edib.
Müşavirədə il ərzində ölkə üzrə təhlükəli xəstəliklərə qarşı 7 dəfə monitorinq keçirildiyi bildirilib. Qeyd olunub ki, nəticələrə əsasən vəhşi təbiətdə, ev quşları arasında ağır yoluxucu xəstəliklərin, o cümlədən H5N1 virusunun olmadığı aşkarlanıb.
Dünyada iqlim dəyişikliyinin, vəhşi heyvanların miqrasiyasının nəticəsi olaraq respublikada da vəhşi heyvanlar arasında quduzluğun nisbətən artdığını deyən Dövlət Baytarlıq Xidmətinin rəhbəri Siyalə Rüstəmova profilaktik tədbirləri gücləndirmək məqsədilə heyvanların yem vasitəsilə peyvəndlənməsi üçün layihələr hazırlandığını bildirib. Siyalə Rüstəmova qeyd edib ki, 2010-cu il ərzində regionlardan mərkəzə bir sıra şikayətlər də daxil olub: “Bu isə müəyyən boşluqların olmasına dəlalət edir. Məhz bu problemlərin həlli istiqamətində yeni komissiya yaradılacaq. Bizə məlumdur ki, yerlərdə bəzi baytar həkimlər müəyyən saxtakarlıqlara yol verir. Bütün bu faktları araşdıracağıq və lazımi nəticə çıxarılacaq”.
Müşavirədə baytarlıq sahəsində mövcud nöqsanlar qeyd edilib, tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR