Bank Of Baku

Yaponiya səfiri Ağsu və İsmayıllıda olub

Yaponiya səfiri Ağsu və İsmayıllıda olub
# 17 fevral 2011 14:16 (UTC +04:00)
Ağsu. Şahnəzər Bəşirov - APA. Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe Ağsu və İsmayıllı rayonlarına səfər edib. APA-nın Şirvan bürosunun xəbərinə görə, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant proqramına uyğun olaraq Ağsu rayonunun Ərəbmehdibəy kənd həkim tibb məntəqəsinin əsaslı təmiri və müasir avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulub. Yaponiya səfiri Susuke Vatanabe və rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev bununla bağlı hazırlanan müqaviləni imzalayıblar. Ərəbmehdibəy, Qasımbəyli, Xəlilli, Mustafalı və Dədəli kəndlərinin əhalisinə xidmət göstərən səhiyyə ocağının 5 ay ərzində əsaslı təmiri nəzərdə tutulub.
Səfir “Azərbaycanda aikido günləri” çərçivəsində İsmayıllı Olimpiya İdman Kompleksində keçirilən tədbirdə də iştirak edib. Regionlarda fəaliyyət göstərən aykido klublarından nümayəndələrin iştirak etdiyi tədbirdə Yaponiyadan dəvət olunan aykido ustalarının nümunəvi çıxışları olub.
Qeyd edək ki, Yaponiya Hökuməti bugünədək İsmayıllıda 8, Ağsuda 1 sosial, infrastruktur, təhsil və ekoloji layihəni maliyyələşdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR