Bank Of Baku

Beynəlxalq Həbsxana İslahatları Təşkilatının nümayəndəsi: “Azərbaycanda penitensiar sahədə bəzi çatışmazlıqlar hələ də aradan qaldırılmayıb”

Beynəlxalq Həbsxana İslahatları Təşkilatının nümayəndəsi: “Azərbaycanda penitensiar sahədə bəzi çatışmazlıqlar hələ də aradan qaldırılmayıb”
# 17 fevral 2011 14:22 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi, “El” İnkişaf Proqramı və Azərbaycan İnsan Hüquqlarının Müdafiəsi Mərkəzi Beynəlxalq Həbsxana İslahatları Təşkilatı tərəfindən maliyyələşdirilən layihənin ikinci hissəsinin icrasına başlanması ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, layihənin bu mərhələsi barədə danışan Beynəlxalq Həbsxana İslahatları Təşkilatının Cənubi Qafqaz ölkələri üzrə nümayəndəsi Maya Xasia deyib ki, Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində çalışan əməkdaşlarının maarifləndirilməsi, bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə artıq Penitensiar Xidmətin Qobustandakı həbsxanasında təlimlər keçirilib: “Təlimlərdə bildirilib ki, məhkumlarla təmasda olan əməkdaşlar nəinki öz hüquqlarını, həm də məhkumların hüquqlarını bilməlidirlər. Layihə zamanı aparılan analizlər belə fikir söyləməyə əsas verir ki, penitensiar sahədə bəzi çatışmazlıqlar hələ də aradan qaldırılmayıb. Belə ki, məhkumların psixoloji problemlərinin aradan qaldırılması məqsədilə psixoloq ştatları azdır və çalışanlar demək olar yoxdur. Məsələn, Azərbaycanda ömürlük azadlıqdan məhrum edilən 296 məhkuma 1 psixoloq ştatı ayrılıb”.

Azərbaycanda aparılan islahatları təqdir edən M. Xasia bildirib ki, Ermənistandakı cəzaçəkmə müəssisələrində vəziyyət gərgindir: “Məsələn, Azərbaycanda ömürlük azadlıqdan məhrum edilənlər üçün uzunmüddətli görüş imkanı yaradılır”. O, layihədə Azərbaycanın penitensiar müəssisələrində ömürlük azadlıqdan məhrum edilmiş məhkumlarla əlaqədar beynəlxalq standartların tətbiqi üzrə müxtəlif tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR