Bank Of Baku

Azərbaycan qeyri-hökumət təşkilatlarının Məsuliyyət Xartiyası ictimai müzakirəyə çıxarılıb

Azərbaycan qeyri-hökumət təşkilatlarının Məsuliyyət Xartiyası ictimai müzakirəyə çıxarılıb
# 17 fevral 2011 14:41 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bakıda Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Azərbaycan QHT-lərinin Məsuliyyət Xartiyası ictimai müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, şuranın sədri Azay Quliyev deyib ki, Xartiya ilk dəfədir ictimai müzakirəyə təqdim olunur: “Bu, Azərbaycanın QHT sektoru tarixində yaddaqalan bir addımdır. Xartiya təklifini ilk olaraq Sabit Bağırov irəli sürüb. Bu Xartiya beynəlxalq və ayrı-ayrı ölkələrin təcrübəsinə əsaslanaraq, həmçinin Azərbaycanın QHT-lərlə bağlı mövcud reallığı əsas götürülərək hazırlanıb”.

Sənədi hazırlayan İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sabit Bağırov Xartiya haqqında məlumat verərək bildirib ki, QHT nümayəndələri təklif irəli sürə bilərlər: “Həmin təkliflər nəzərə alınacaq. Artıq 20 QHT Xartiyaya qoşulub”.

Daha sonra Xartiyanın müzakirəsi başlayıb. Tədbirdə iştirak edən bir sıra QHT nümayəndələri sənədlə bağlı öz təkliflərini səsləndiriblər və Xartiyaya qoşulacaqlarını bəyan ediblər. Sonda qərara alınıb ki, Xartiyaya əlavə və dəyişikliklərin edilməsi üçün Redaksiya Şurası yaradılsın.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR