Bank Of Baku

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,347 mln. nəfərə çatıb

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,347 mln. nəfərə çatıb
# 18 fevral 2011 06:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il fevralın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,347 mln. nəfər olub ki, onlardan 4,089 mln. nəfərini və ya 94,1%-ni iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu il ərzində məşğul əhalinin tərkib hissəsi olan muzdla işləyənlərin siyahı sayı 1 370,7 min nəfər, orta siyahı sayı isə 1 350,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 858,1 min nəfər, qeyri-dövlət bölməsində isə 492 min nəfər təşkil edib.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 20,4%-i məhsul istehsalı sahələrində, onlardan 2,6%-i mədənçıxarma sənayesində, 6%-i emal sənayesində, 2,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürürlməsi və təchizatı sahəsində, 1,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində, 5%-i tikintidə, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olub. Xidmət sahəsində çalışanların 25,5%-i təhsil, 19,8%-i topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri, 10%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,7%-i nəqliyyat və anbar təsərrüfatı, 4%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,9%-i dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat, 3,2%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i informasiya və rabitə, 1,5%-i maliyyə və sığorta fəaliyyəti, 1,5%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,2%-i yaşayışın təşkili və ictimai iaşə, 0,9%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,6%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib.

Eyni zamanda, 2011-ci il fevralın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 39,2 min nəfər olub, onların 43,5%-ni qadınlar təşkil edib. Bir boş iş yerinə tələbat işsiz statusuna malik olan 4 nəfər şəxsdən ibarət olub. İşsizliyə görə müavinətin orta məbləği 184,4 manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR