Bank Of Baku

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən mühazirə oxunub

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən mühazirə oxunub
# 18 fevral 2011 08:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən mühazirə oxunub. Bu barədə APA-ya FHN-dən məlumat verilib.

Mühazirədə FHN-nin Akademiyasının kurs rəisləri və müdavimlər iştirak ediblər. Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini, polkovnik Məhərrəm Həsənov peşə hazırlığının əsasları, xidmətin əsas vəzifələri, fəaliyyət istiqamətləri, tədris prosesinin gedişatı və keçirilmiş xilasetmə əməliyyatları barəsində məlumat verib. O, partlayıcı maddələrin (şübhəli elementlərin) aşkar olunması zamanı davranış qaydaları, fəlakətə düçar olmuş və ya köməyə ehtiyacı olan insanlara ilk yardım və təxirəsalınmaz tibbi yardımın göstərilməsi, eləcə də təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji obyektlərin mühafizəsi haqqında danışıb.

Mühazirənin yekununda alpinizm, uçqunlar altında zərərçəkmişlərin xilas edilməsi və təxliyyəsi, yol-nəqliyyat qəzaları və aparılmış xilasetmə əməliyyatları zamanı çəkilmiş foto və videoçarx nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR