Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 əməkdaşı vəzifədən azad olunub, 2 əməkdaşa töhmət verilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 əməkdaşı vəzifədən azad olunub, 2 əməkdaşa töhmət verilib
# 18 fevral 2011 08:19 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində “Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması vəziyyəti araşdırılıb. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 5-7 fevral tarixlərində “Sarı-su” Ovçuluq Təsərrüfatında brakonyerliyə qarşı mübarizə tədbirləri aparılarkən təsərrüfatın sahə müfəttişi Ə. Mustafayev və mühafizə yegeri
Y. Abışovun xidməti ərazidə olmamaları və vəzifə borclarını layiqincə icra etməmələri səbəbindən ərazidə qanunsuz ov etmə faktı aşkar olunub. Qanunsuz ov edən şəxsdən 1 ov tüfəngi və 35 dolu patron götürülərək müvafiq akt və protokol tərtib edilib.
12-13 fevral tarixlərində isə Şabran rayonunun inzibati ərazisində yerləşən “Ağzıbir” Ovçuluq Təsərrüfatında keçirilən reyd zamanı təsərrüfatın həyətində qanunsuz ov edilməsi faktı aşkarlanmış məlum olub ki, əraziyə cavabdeh olan sahə müfəttişi
T. Acalov yaranmış vəziyyətin qarşısını almağa nəinki cəhd göstərməyib, əksinə həmin şəxslərin ərazidə ov etmələrinə şərait yaradıb.
Qeyd olunanları nəzərə alaraq, əmək müqaviləsi üzrə müəyyən edilmiş öhdəlikləri yerinə yetirmədiklərinə və əmək vəzifəsini kobud şəkildə pozduqlarına görə “Sarı-su” Ovçuluq Təsərrüfatının sahə müfəttişi Ə. Mustafayevə sonuncu xəbərdarlıqla şiddətli töhmət, həmin təsərrüfatın mühafizə yegeri Y. Abışova töhmət verilib, “Ağzıbir” Ovçuluq Təsərrüfatının sahə müfəttişi T. Acalov isə tutduğu vəzifədən azad olunub.
Qanunsuz ov halları ilə mübarizə tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR