Bank Of Baku

Bakıda "Miokardiyal Revaskulirizasiya" adlı tövsiyənin müzakirəsi keçiriləcək

Bakıda "Miokardiyal Revaskulirizasiya" adlı tövsiyənin müzakirəsi keçiriləcək
# 18 fevral 2011 10:33 (UTC +04:00)
Bakı-APA. Fevralın 19-da Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) təşkilatçılığı ilə Avropa Kardiologiya Cəmiyyətinin “Miokardiyal revaskulirizasiya” adlı tövsiyəsinin müzakirəsi keçiriləcək. Apa-nın məlumatına görə, AKC-nin sədr müavini Firdovsi İbrahimov bildirib ki, tədbirdə yerli mütəxəssislərlə yanaşı, türk həkimlər də iştirak edəcəklər.
Azərbaycan Tibb Universitetində keçiriləcək konfransda Türkiyə Kardioloji Dərnəyinin sədri Oktay Ergene və Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev çıxış edəcəklər. Eyni zamanda, Azərbaycanda kardiologiya sahəsində müasir üsulların tətbiqi məsələləri müzakirə olunacaq.

Müzakirələr 19 fevral 2011-ci il tarixdə, saat 16:30-da Azərbaycan Tibb Universiteti Xəstəxanasının konfrans zalında baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR