Bank Of Baku

Bakı Biznes Universiteti, Azərbaycan Milli Konservatoriyası və Şəki Pedaqoji Kollecində aparılmış akkreditasiyanın nəticələri açıqlanıb

Bakı Biznes Universiteti, Azərbaycan Milli Konservatoriyası və Şəki Pedaqoji Kollecində aparılmış akkreditasiyanın nəticələri açıqlanıb
# 18 fevral 2011 11:11 (UTC +04:00)
Bakı - APA. Təhsil Nazirliyində Bakı Biznes Universitetində, Azərbaycan Milli Konservatoriyasında və Şəki Pedaqoji Kollecində 2010-cu ilin noyabr və dekabr aylarında aparılmış akkreditasiyanın nəticələrinə dair iclas keçirilib. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iclasda çıxış edən komissiya sədrləri bildiriblər ki, təhsil müəssisələrində tədrisin təhsil proqramları əsasında təşkilinin vəziyyəti və Dövlət Təhsil Standartlarının tələblərinə uyğunluğu təhlil olunub, mütəxəssis hazırlığının keyfiyyətini öyrənmək məqsədilə sonuncu kurs tələbələrinin bilik səviyyəsi yoxlanılıb. Komissiya sədrləri özünütəhlil hesabatlarının nəticələri və tələbələrin müvəffəqiyyət göstəriciləri, professor-müəllim heyətinin sayı, yaş tərkibi haqqında da məlumat veriblər. Bunlarla yanaşı, tədris ocaqlarında ixtisaslar üzrə ən yüksək və ən aşağı keyfiyyət göstəriciləri qeyd edilib, komissiyanın tövsiyə və təklifləri nəzərə çatdırılıb.

İclasda Akkreditasiya Şurası tərəfindən Bakı Biznes Universitetində 6, Azərbaycan Milli Konservatoriyasında 7, Şəki Pedaqoji Kollecində isə 3 ixtisasın akkreditə edilməsinə dair qərar qəbul olunub.

Sonra müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR