Bank Of Baku

Abel Məhərrəmov: “BDU-da bir sıra radikal islahatlar gözlənilir”

Abel Məhərrəmov: “BDU-da bir sıra radikal islahatlar gözlənilir”
# 18 fevral 2011 11:33 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Korrupsiya ilə mübarizə mövzusu Təhsil Nazirliyi ilə yanaşı, ali təhsil müəssisələrində, o cümlədən Bakı Dövlət Universitetində də müzakirə olunub”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında BDU-nun rektoru Abel Məhərrəmov deyib. O bildirib ki, ölkə inkişaf edirsə, orada heç bir neqativ problem olmamalıdır: “Hamımız ölkə prezidentinin dayağına çevrilməli və neqativ halları çatışmazlıqları aradan qaldırmalıyıq. Biz bununla bağlı tədbirlər planı hazırlamışıq və onu addım-addım həyata keçiririk. Söhbət şəffaflığın yüksəldilməsi, ərizə və şikayətlərə vaxtında baxılmasından və bu kimi digər məsələlərdən gedir. BDU-da bir sıra radikal islahatlar da gözlənilir”.

A. Məhərrəmov BDU-da hazırda 18 500 tələbənin təhsil aldığını, universitetin 3 500 əməkdaşının olduğunu da bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR