Bank Of Baku

Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları Elmi Mərkəzi bir neçə məqalə hazırlayıb

Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları Elmi Mərkəzi bir neçə məqalə hazırlayıb
# 18 fevral 2011 11:51 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin nəzdində fəaliyyətə başlamış Erməni Araşdırmaları Elmi Mərkəzində bir neçə məqalə hazırlanıb. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə BDU-nun rektoru Abel Məhərrəmov məlumat verib. O bildirib ki, gələcəkdə BDU-nun saytında Erməni Araşdırmaları Mərkəzi ilə bağlı bölüm olacaq: “Bu bölüm və ümumiyyətlə, mərkəz vasitəsilə ermənilərin apardığı anti-Azərbaycan fəaliyyətinin qarşısını almağa, Azərbaycan həqiqətlərini ortaya qoymağa, Ermənistanın isə aqressiv bir dövlət olduğunu dünyaya çatdırmağa çalışacağıq”.

Xatırladaq ki, BDU-da Erməni Araşdırmaları Elmi Mərkəzi 2010-cu ildə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR