Bank Of Baku

BDU-nun rektoru 8 KİV rəhbərini “Universitetin dostu” mükafatı ilə təltif edib - FOTOSESSİYA

BDU-nun rektoru 8 KİV rəhbərini “Universitetin dostu” mükafatı ilə təltif edib - <font color=red>FOTOSESSİYA</font>
# 18 fevral 2011 12:42 (UTC +04:00)
APA-nın xəbərinə görə, BDU-nun rektoru Abel Məhərrəmov saytın yaradılmasının əhəmiyyətindən danışıb. Universitetin Mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova isə saytın təqdimatını keçirib. O bildirib ki, saytda BDU-nun rektoru olmuş şəxslər, BDU-nun tanınmış məzunları, tanınmış elm xadimləri və s. barədə məlumatlar var.

A. Məhərrəmov deyib ki, ölkənin bir sıra kütləvi informasiya vasitələri BDU ilə yaxından əməkdaşlıq etdiyinə görə həmin qurumların rəhbərləri “Universitetin dostu” mükafatı ilə təltif olunublar. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov, “AzərTAc”ın baş direktoru Aslan Aslanov, Azəri-Press Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə “Universitetin dostu” mükafatı təqdim edilib.

Rektorun əmri ilə BDU-nun jurnalistika fakültəsinin bir qrup əməkdaşına da diplom və pul mükafatları verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR