Bank Of Baku

Abel Məhərrəmov: “BDU-nun tələbə şəhərciyindəki məcburi köçkünlər köçürülsə, bu, bizim reytinq cədvəlində xeyli qabağa çıxmağımıza səbəb olar”

Abel Məhərrəmov: “BDU-nun tələbə şəhərciyindəki məcburi köçkünlər köçürülsə, bu, bizim reytinq cədvəlində xeyli qabağa çıxmağımıza səbəb olar”
# 18 fevral 2011 12:46 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Bakı Dövlət Universitetinin dünya universitetlərinin reytinq cədvəlində ilk beşyüzlüyə düşməsi üçün ciddi addımlar atırıq. Bunun üçün sənədləri müvafiq qurumlara təqdim etmişik”. APA-nın xəbərinə görə, bunu BDU-nun rektoru Abel Məhərrəmov deyib. O bildirib ki, universitetlərin reytinqi müəyyənləşdirilərkən bir çox məqamlarla yanaşı, tələbə yataqxanaları da nəzərə alınır: “Əgər BDU-nun “Tələbə şəhərciyi”ndəki məcburi köçkünlər köçürülsə, tələbələrimiz oraya yerləşsə, bu, bizim reytinq cədvəlində xeyli qabağa çıxmağımıza səbəb olar”.

Xatırladaq ki, 2010-cu ildə Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) dünyanın ən yaxşı 2000 universitetinin reytinq cədvəlini açıqlayıb. Azərbaycandan yalnız BDU həmin siyahıda yer alıb - universitet reytinq cədvəlinin 1951-ci pilləsində qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR