Bank Of Baku

Ümumdünya Səhiyyə Təşkilatı: Moldova vətəndaşları hamıdan çox içir

Ümumdünya Səhiyyə Təşkilatı: Moldova vətəndaşları hamıdan çox içir
# 18 fevral 2011 13:54 (UTC +04:00)
Bakı - APA-Economics. Moldova vətəndaşları digər ölkələrin vətəndaşları ilə müqayisədə daha çox alkoqollu içkilər içirlər. “APA-Economics”in xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı hesabatda bildirilir.

Sənədə əsasən, Moldova vətəndaşı il ərzində 18,22 litr alkoqollu içki qəbul edir ki, bu da orta qlobal göstəricidən (6,1 litr) 3 dəfə çoxdur.

Sonrakı yerləri Çexiya (16,45 litr), Macarıstan (16,27), Rusiya (15,76), Ukrayna (15,6), Estoniya (15,57), Andorra (15,48), Rumıniya (15,3), Sloveniya (15,19), Belorussiə (15,13), Böyük Britaniya (13,37) bölüşdürür.

ÜST qeyd edir ki, Moldova, İsrail, Xorvatiya və Ukraynanın dövlət büdcələrində alkoqolizmdən müalicə ilə bağlı xüsusi maddə var.

Kişilər arasında alkoqoldan ölüm səviyyəsi 6,2%, qadınlar arasında 1,1%-dir. Rusiya və MDB ölkələrində hər 5-ci adam alkoqoldan ölür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR