Bank Of Baku

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi seminar keçirilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi seminar keçirilib
# 18 fevral 2011 15:37 (UTC +04:00)
Bakı - APA. UNESCO Baş Konfransının 1999-cu ildə keçirilən 30-cu sessiyasında 21 fevral tarixi Beynəlxalq Ana Dili Günü elan olunub.

APA-nın məlumatına görə, bu gün AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş seminarda keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev istənilən dövlətin milli sərvəti olan dilin maddi, mənəvi irsin qorunması, inkişafı və təbliğində ən mühüm vasitələrdən biri olduğunu, Azərbaycan dilinin dövlət dili kimi rəsmən tanınmasında Heydər Əliyevin xidmətlərini qeyd edib. Böyük Britaniya Canlı Dillər İnstitutunun ekspertləri tərəfindən alınan nəticəyə istinad edən R.Əliquliyev orta hesabla hər 15 gündən bir mövcud dillərdən birinin öz işləkliyini itirərək sıradan çıxdığını, dillərin 90%-nin yox olmaq təhlükəsi ilə üzləşdiyini, cari əsrin sonuna kimi mövcud dillərin 10%-nin qalmasının proqnozlaşdırıldığını nəzərə çatdırıb.

Qeyd edək ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan dilinin virtual məkanda geniş istifadəsi məqsədilə çoxdilli onlayn-lüğətlər, terminlərə aid informasiya resurslarının yaradılması və s. istiqamətdə məqsədyönlü işlər aparılır. AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyası ilə İTİ tərəfindən birgə hazırlanmış Azərbaycan terminlərinə aid www.azterm.az portalı ötən il istifadəyə verilib. Xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün Azərbaycanın dili, ədəbiyyatı, tarixi və coğrafiyası dərslərini özündə əks etdirən “Virtual həftəsonu məktəbi” saytı yaradılıb. Terminoloji lüğətlərin hər kəs üçün əlyetərliyinin təmin edilməsi sahəsində mövcud problemlər bu gün də araşdırılır.

Tədbirdə çıxış edən alim və mütəxəssislər dilimizin orijinallığının qorunması üçün İnternet resurslarında fəal iştirakın zəruriliyini qeyd ediblər. Virtual məkanda Azərbaycan dilinin istifadə səviyyəsinin artırılmasını müasir dövrün tələbi kimi dəyərləndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR