Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib

QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib
# 18 fevral 2011 15:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda sərbəst maliyyə vəsaitindən istifadə, “Auditor xidməti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı şuranın gördüyü işlər, QHT fəaliyyətinə aid yeni qanun layihələrinin hazırlanması məqsədilə işçi qrupun yaradılması haqqında məsələlər müzakirə olunub.

“Auditor xidməti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə əsasən QHT-lərin məcburi auditə yox, könüllü auditə cəlb olunması istiqamətində şuranın gördüyü işlər təqdir edilib. “Sosial sifariş haqqında”, “Peşə cəmiyyətləri haqqında”, “Korporativ sosial məsuliyyət haqqında”, “İctimai iştirakçılıq haqqında” qanun layihələrinin hazırlanması, eləcə də “Reklam haqqında” qanuna dəyişikliklərin hazırlanması üçün işçi qrupun yaradılması qərara alınıb. İclasda qeyd edilib ki, əksər ölkələrdə mövcud olan bu qanunların Azərbaycanda olmaması ölkədə QHT fəaliyyətinin inkişafını ləngidir, QHT-lərin dövlət strukturları və özəl sektorla əlaqələrinin möhkəmlənməsinə mane olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR