Bank Of Baku

«Azərikimya»nın təşəbbüsü ilə Sumqayıt Əlillərin Regional Bərpa Mərkəzində əlillərin müalicəsinə başlanılıb

«Azərikimya»nın təşəbbüsü ilə Sumqayıt Əlillərin Regional Bərpa Mərkəzində əlillərin müalicəsinə başlanılıb
# 18 fevral 2011 17:58 (UTC +04:00)
Bakı-APA. Fevralın 18-də «Azərikimya» İB-nin təşəbbüsü və təşkilatçılığı ilə Sumqayıt şəhər Əlillərin Regional Bərpa Mərkəzində Sumqayıtda yaşayan əlillərin müayinə və müalicəsini həyata keçirmək, onların protez-ortopedik vasitələrlə təmin olunmasına köməklik göstərmək məqsədi ilə geniş tədbir keçirilib.
Birliyin kollektivi tərəfindən mütəşəkkil olaraq Sumqayıt şəhər Əlillərin Regional Bərpa Mərkəzinə toplanılıb-gətirilməsi təşkil olunmuş sumqayıtlı əlillər qarşısında çıxış edən Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin direktoru İlham Bağırov Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «Əlillərin Reabilitasiyası Proqramı» çərçivəsində həyata keçirilən tədbiri giriş sözü ilə açaraq, Azərbaycanın yüksək sürətli iqtisadi inkişafının xalqımızın sosial həyatının yaxşılaşmasında mühüm rol oynadığından, ARDNŞ-in ölkəmizin mühüm iqtisadi dayaqlarından biri olduğundan, Neft Şirkətinin və onun struktur tərkibinə daxil olan «Azərikimya»nın sosial sahələr üzrə geniş fəaliyyətindən və bunun növbəti bir nümunəsi kimi bugünkü tədbirin məqsəd və qayəsindən, əhəmiyyətindən danışıb, Sumqayıt şəhərində bu sahədə həyata keçirilən layihələrə göstərdiyi dəstəyə görə sağlamlıqlarının bərpası arzusunda olanlar adından kimyaçılar kollektivinə minnətdarlıq ifadə edib.
Qeyd olunub ki, əlillərə xidmət işinin səviyyəsini yüksəltmək, onların problemlərini aradan qaldırmaq məqsədilə Mərkəzin Gəncə və Naxçıvan şəhərlərində şöbələri yaradılmış, eyni zamanda bölgələrdə əlillərə yerində xidmət göstərmək məqsədilə səyyar briqadalar təşkil edilmişdir. 4 nəfər həkim və texnikdən ibarət briqadanın Qərb regionuna səfəri isə Sumqayıtdan başlayıb.
Sonra Bakı Protez-Ortopediya Bərpa Mərkəzinin şöbə müdiri Pənah Məmmədovun rəhbərliyi ilə səyyar həkim briqadası müxtəlif səbəblərdən əlil olmuş xəstələrin müayinəsi keçirilib. Bakı Protez-ortopedik bərpa Mərkəzinin həkim və texnikləri tərəfindən 22 nəfər müxtəlif dərəcəli əlil müayinə edilib.
Müayinə olunmuş əlillər protezlərlə və əlil arabacıqları ilə təmin olunacaq, onların müvafiq qaydada müalicəsi aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR