Bank Of Baku

Sumqayıt Şəhər Məhkəməsinin hakiminə töhmət verilib

Sumqayıt Şəhər Məhkəməsinin hakiminə töhmət verilib
# 18 fevral 2011 20:53 (UTC +04:00)
Bakı-APA. Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. İclasda Şuranın korrupsiyaya qarşı mübarizə üzrə 2011-ci il fevralın 4-də keçirilmiş geniş iclasında qarşıya qoyulmuş konkret tapşırıqların icrası vəziyyəti ilə bağlı məlumat dinlənilib.
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda qeyd edilib ki, prezident İlham Əliyevin korrupsiyaya qarşı qəti mübarizənin aparılması ilə bağlı tapşırıqlarından irəli gələn vəzifələrin hər bir hakimə çatdırılması məqsədilə bütün hakimlərin və Şura üzvlərinin iştirakı ilə regional müşavirələr keçirilib, nöqsanlar, problemlər ətraflı təhlil olunub, korrupsiya, süründürməçilik və digər mənfi halların aradan qaldırılması üçün tədbirlər müzakirə edilib.
Şurada vətəndaşların qəbulu qaydalarının təkmilləşdirildiyi, onların qəbulu üçün əlavə otağın istifadəyə verildiyi, müraciətlərin elektron qəbulu, hərtərəfli və dolğun araşdırılması üzrə əlavə tədbirlər görüldüyü bildirilib.
Qeyd olunub ki, vətəndaşların hüquqlarının təmin edilməsi vəziyyəti ilə bağlı məhkəmələrdə monitorinqlər keçirilib.
Monitorinq nəticəsində korrupsiyaya şərait yaradan hüquqpozmaların, o cümlədən tərəflərin məhkəmə proseslərində iştirakının təmin edilməsi üçün bütün lazımi tədbirlərin görülməməsi, bəzi hallarda cavabdehin prosesdən kənarda qalması, apellyasiya hüququnun əsassız məhdudlaşdırılması və digər pozuntular aşkar edilib, 6 hakim barədə intizam icraatları başlanılıb.
İclasda, həmçinin hakim barədə intizam icraatına baxılaraq qanunvericiliyin tələblərinin kobud pozulması hallarına yol verdiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin hakimi Ələkbər Hüseynova töhmət verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR