Bank Of Baku

«Azərikimya»nın təşəbbüsü ilə Sumqayıtda əlillərin müayinə və müalicəsinə başlanılıb

«Azərikimya»nın təşəbbüsü ilə Sumqayıtda əlillərin müayinə və müalicəsinə başlanılıb
# 19 fevral 2011 10:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev-APA-Economics. «Azərikimya» İstehsalat Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Sumqayıt şəhər Əlillərin Regional Bərpa Mərkəzində gənclər şəhərində yaşayan əlillərin müayinə və müalicəsini həyata keçirmək, onların protez-ortopedik vasitələrlə təmin olunmasına köməklik göstərmək məqsədi ilə geniş tədbir keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin direktoru İlham Bağırov «Əlillərin Reabilitasiyası Proqramı» çərçivəsində həyata keçirilən tədbirlərdən, həmçinin «Azərikimya»nın sosial sahələr üzrə geniş fəaliyyətindən danışıb.

Sonra Bakı Protez-Ortopediya Bərpa Mərkəzinin şöbə müdiri Pənah Məmmədovun rəhbərliyi ilə səyyar həkim briqadası tərəfindən müxtəlif səbəblərdən əlil olmuş 22 nəfər müxtəlif dərəcəli əlilin müayinəsi keçirilib.

Qeyd edək ki, Gənclər şəhərində yaşayan əlillərin müayinəsi bir neçə gün davam edəcək. Müayinə olunmuş bütün əlillər müvafiq protezlərlə və əlil arabaları ilə təmin olunacaq, onların müvafiq qaydada müalicəsi aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR