Bank Of Baku

Lənkəranda qadınlar üçün insan alveri ilə bağlı təlim keçirilib – FOTO

Lənkəranda qadınlar üçün insan alveri ilə bağlı təlim keçirilib <font color=red>– FOTO</font>
# 19 fevral 2011 13:39 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Hüquqşünas Qadınlar Assosiasiyası ABACEELİ təşkilatı ilə birlikdə “İnsan alveri sahəsində maarifləndirmə və hüquq-müdafiə təşəbbüsü” adlı layihə çərçivəsində bu gün Lənkəran şəhərində cənub bölgəsi rayonlardan olan qadınlar üçün insan alveri sahəsində hüquqi maarifləndirmə üzrə təlim keçirib. APA-nın Cənub bürosunun məlumatına görə, müxtəlif sosial qruplardan 37 nəfərin qatıldığı tədbirin başlıca məqsədi insan alveri sahəsində əhalini məlumatlandırmaq, iştirakçılara insan alverindən qorunmağın üsulları, insan alveri qurbanının hüquqları, onların müdafiəsi və reabilitasiyası üçün mövcud vasitələr və tədbirlər haqqında praktiki biliklər vermək, iştirakçılarda insan alverinə qarşı mübarizə aparmağın vacibliyinə dair münasibət formalaşdırmaqdan ibarət olub. Tədbirdə “Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova və Günel Quliyevanın “İnsan alveri anlayışı, səbəbləri və növləri”, “İnsan alverindən qorunma”, “İnsan alveri ilə mübarizə: Qadının hüquqları” mövzularında çıxışları dinlənilib. Təlimin sonunda insan alveri sahəsində hüquqi yardım almaq istəyən qadınlara hüquqi məsləhətlər verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR