Bank Of Baku

Ötən il Azərbaycanın dövlət arxivlərinə 73 mindən artıq sənəd daxil olub

Ötən il Azərbaycanın dövlət arxivlərinə 73 mindən artıq sənəd daxil olub
# 21 fevral 2011 08:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ötən il Azərbaycanın müxtəlif dövlət arxivlərinə daimi saxlanmaq üçün 73 mindən artıq iş və sənəd daxil olub. Milli Arxiv İdarəsinin təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin müdiri Kamal Ağayevin APA-ya verdiyi məlumata görə, 47 min iş idarəçilik sənədləri, 400-ü elmi-texniki sənədlər, 700-ü kino sənədləri, 2000-dən çox foto sənədləri, 1000-dən artıq fotovideo sənədləri, 22 mindən çoxu görkəmli elm, mədəniyyət, incəsənət xadimlərinin şəxsi sənədləridir.

Arxivlərə həmçinin Azərbaycan Nazirlər Kabinetinin, Səhiyyə, Ədliyyə və Fövqəladə Hallar nazirliklərinin tabeliyində olan bir sıra qurumların, şəhər və rayon icra hakimiyyətləri aparatlarının, keçən əsrin 90-cı illərində ləğv olunmuş bir sıra təşkilatların sənədləri də daxil olub. Daimi dövlət mühafizəsinə götürülmüş sənədlər 1927-1990-cı illəri əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR