Bank Of Baku

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana tövsiyələr verəcək

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana tövsiyələr verəcək
# 21 fevral 2011 09:02 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun iki nümayəndəsinin Azərbaycana səfəri yekunlaşıb. Təşkilatın Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, səfərin əsas məqsədi qrip üzərində epidemioloji nəzarətin gücləndirilməsinə dair Azərbaycana tövsiyələr vermək olub. Ekspertlər Azərbaycanda kəşfiyyatçı epidemioloji nəzarətin gücləndirilməsi məqsədilə respublika üzrə tibbi məntəqələrin sayının artırılmasını təklif ediblər.

Tövsiyələrin yaxın bir həftə ərzində Azərbaycana təqdim edilməsi nəzərdə tutulur. Daha sonra isə onların icrası məqsədilə Səhiyyə Nazirliyi ilə danışıqlar aparılacaq.

Qeyd edək ki, ekspertlər Azərbaycanda səfərdə olduqları müddətdə Bakı, Mingəçevir, Sumqayıtda qripə epidemioloji nəzarət edən tibb məntəqələrindəki vəziyyətlə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR