Bank Of Baku

Azərbaycan paytaxtında yağıntılı hava şəraiti davam edəcək

Azərbaycan paytaxtında yağıntılı hava şəraiti davam edəcək
# 21 fevral 2011 09:03 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Fevralın 22-də Bakı və Abşeron yarımadasında fasilələrlə yağıntı düşəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, şimal küləyi əsəcək, yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 1-3, gündüz 3-6 dərəcə isti olacaq.

Fevralın 23-də havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2, gündüz 3-6 dərəcə isti olacaq.

Fevralın 22-də Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin yüksəlməsi, rütubətli və küləkli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Sonrakı 2 gün ərzində biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında fevralın 22-də havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarında yağıntılar tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Fevralın 23-də əsasən şərq rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR