Bank Of Baku

AMEA Terminologiya Komissiyası 18000 adı Azərbaycanda qeydiyyatda olan adlar siyahısından çıxarıb

AMEA Terminologiya Komissiyası 18000 adı Azərbaycanda qeydiyyatda olan adlar siyahısından çıxarıb
# 21 fevral 2011 11:15 (UTC +04:00)
Bu barədə APA-ya Komissiyanın sədr müavini Sayalı Sadıqova bildirib. O deyib ki, siyahıdan çıxarılan adlar əsasən sovet dövründə qoyulan, səslənməsi pis, gülüş doğuran, Azərbaycan dilinin qayda-qanunlarına uyğun olmayan adlardır: “Təbii ki, indi heç kim övladına “Traktor”, “Kombayn” kimi adlar qoymur. “Limonad”, “Çalağan”, “Oynağan” kimi adlar da insanda gülüş doğurur”.
Komissiyanın sədr müavinin sözlərinə görə, Ədliyyə Nazirliyi vasitəsi ilə daxil olan adlar siyahısında 180 mindən çox ad saxlanılıb. Bu adlar nazirlik tərəfindən qəbul edildikdən sonra terminologiya komissiyasının nəzdindəki “Adlar və soyadlar” komissiyasının tövsiyəsi ilə vətəndaşların daha rahat istifadəsi üçün internetdə yerləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR