Bank Of Baku

Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı son bir ildə 9,5% artıb

Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı son bir ildə 9,5% artıb
# 21 fevral 2011 11:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5% artaraq 325,1 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq əmək haqqı daha yüksək olub.

Qeyd edək ki, 2010-cu ildə müəssisə və təşkilatlarda işçilərə əmək haqqı fonduna daxil edilməyən 17,5 mln. manatlıq sosial xüsusiyyətli ödəmələr verilib. Ödənişlərin əsas hissəsini mədənçıxarma sənayesi, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə sahəsi, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat sahələrində, habelə tikintidə çalışan işçilər alıb.

Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 177,4 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 302,1 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR