Bank Of Baku

Ötən il Azərbaycanda yeyinti sənayesi üzrə 790 obyektin fəaliyyəti dayandırılıb

Ötən il  Azərbaycanda yeyinti sənayesi üzrə 790 obyektin fəaliyyəti dayandırılıb
# 21 fevral 2011 11:42 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları ötən il ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 1412 sahibkarı inzibati qaydada cərimələyib. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev APA-ya bildirib ki, hüquq-mühafizə orqanlarına 400 nəfərlə bağlı müraciət edilib, inzibati komissiyalarına 101 iş verilib.

Ötən müddətdə 790 obyektin istismarı dayandırılıb, 1018 nəfər işdən kənarlaşdırılıb.

İ. Abdullayev bildirib ki, 2010-cu ildə 21 144 ərzaq nümunəsi bakterioloji müayinəyə cəlb edilib, onlardan 841-nin nəticələri qeyri-kafi olub. Fiziki-kimyəvi göstəricilərinə görə 4094 qida nümunəsi müayinə olunub, onlardan 767-nin nəticələri normativ sənədlərin tələblərinə cavab verməyib.

Keçən il ərzində 51 576,170 kiloqram məhsulun məhv edilməsi barədə 552 sanksiya qəbul edilib. Şadlıq evlərindən, ictimai iaşə obyektlərindən götürülmüş 1645 nümunə kalorililiyə görə yoxlanılıb. Onlardan 130-u normalara cavab verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR