Bank Of Baku

Ötən il Azərbaycanda 768 nəfər qidadan zəhərlənib

Ötən il Azərbaycanda 768 nəfər qidadan zəhərlənib
# 21 fevral 2011 11:44 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Ötən il ərzində Azərbaycanda 644 qida zəhərlənməsi baş verib. Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev APA-ya bildirib ki, bu hadisələr nəticəsində 768 nəfər qidadan zəhərlənib. Zəhərlənmə hadisələrinin 23-ü botulizm hadisəsidir. Botulizm nəticəsində 46 nəfər zəhərlənib ki, onlardan da 2 nəfər dünyasını dəyişib.

İ. Abdullayev deyib ki, ötən il baş vermiş bütün zəhərlənmə hadisələri yalnız məişət şəraitində hazırlanmış məhsullardan baş verib. Onun sözlərinə görə, ictimai-iaşə və ticarət müəssisələrinin qidalarından isə zəhərlənən olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR