Bank Of Baku

100-ə yaxın azərbaycanlı Almaniya universitetlərinə qəbul olunmaq üçün Təhsil Nazirliyinə müraciət edib

100-ə yaxın azərbaycanlı Almaniya universitetlərinə qəbul olunmaq üçün Təhsil Nazirliyinə müraciət edib
# 21 fevral 2011 12:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Almaniya universitetlərinə qəbul olunmaq üçün 100-ə yaxın azərbaycanlı gənc Təhsil Nazirliyinə sənəd təqdim edib.

APA-nın məlumatına görə, təhsil nazirinin müavini Elmar Qasımov jurnalistlərə açıqlamasında bildirib ki, qəbul aparılacaq ixtisaslar əsasən tibb və mühəndislik üzrədir. Almaniyada təhsil alacaq tələbələrin seçimi məqsədilə bir neçə gündən sonra həmin ölkədən nümayəndə heyəti Azərbaycana gələcək.

Nazir müavini onu da bildirib ki, yaxın günlərdə digər xarici ölkələrdə ali təhsil almaq üçün elanlar veriləcək: “Prioritet ixtisaslar artıq müəyyənləşib. Bu başdan deyə bilərəm ki, tibb, mühəndislik, aqrar elmlər, biotexnologiya, genetika, informasiya-kommunikasiya texnologiyaları, bir sözlə, Azərbaycanın iqtisadiyyatının inkişafı üçün lazım olan ixtisasların elanını verəcəyik”.

E.Qasımovun sözlərinə görə, artıq dövlət xətti ilə xaricdə təhsil alan tələbələrə test keçmədən dövlət qulluğuna birbaşa qəbul olunmaq hüququ verilib. Bununla da dövlət qulluğunda işləmək üçün daha geniş imkanlar yaradılıb: “Dövlət proqramı ilə xaricdə təhsil alan tələbələrin işlə təmin olunması yüksək səviyyədə həyata keçirilir. Düzdür, indi tələbələrimiz daha çox özəl sektorlara üstünlük verirlər. Bu da bizim üçün sevindirici haldır ki, tələbələrimizin işlə bağlı problemi yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR