Bank Of Baku

Dövlət Sosial Müdafiə Fondunda Ramiz Mehdiyevin “İnkişafın Azərbaycan modeli” kitabının müzakirəsi keçirilib

Dövlət Sosial Müdafiə Fondunda Ramiz Mehdiyevin “İnkişafın Azərbaycan modeli” kitabının müzakirəsi keçirilib
# 21 fevral 2011 12:15 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu gün Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə “İnkişafın Azərbaycan modeli” kitabının müzakirəsinə həsr olunmuş “İnkişafın Azərbaycan modeli: sığorta-pensiya sisteminin uğurlu islahatı” mövzusunda dəyirmi masa keçirilib. Fondun ictimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, ideya və ön sözün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev olan kitabın redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, buraxılışa məsul “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovdur.

Tədbiri giriş sözü ilə açan B.Sadıqov vurğulayıb ki, sürətli tərəqqiyə can atan istənilən dövlətin qarşısında duran əsas məsələlərdən biri maddi rifahın davamlı yüksəlişinə xidmət edən uğurlu sosial siyasətin həyata keçirilməsidir. Onun sözlərinə görə, əsərdə bir çox fundamental məsələlərlə yanaşı, ölkədə elmi əsaslarla gerçəkləşdirilən pensiya islahatlarına da geniş yer verilib, bu sahədə əldə olunan uğurlardan söz açılıb.

DSMF sədri, iqtisad elmləri doktoru Səlim Müslümov isə bildirib ki, Heydər Əliyevin strateji proqramında sosial müdafiənin daim gücləndirilməsi başlıca məqsəd kimi təyin olunmuşdu: “Bu gün Azərbaycanın sığorta-pensiya sahəsində həyata keçirdiyi islahatlar və qurulan model nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir, keçid dövrü ölkələri üçün bir örnək kimi tövsiyə olunur. Əldə olunan bu uğurların başlıca səbəbi isə Heydər Əliyev tərəfindən Azərbaycanın müasir və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modelinin ortaya qoyulmasıdır. Həmin model müasir dünyada sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirir. Bir çox hallarda əldə olunan nəticələr digər ölkələrlə müqayisədə məhz Azərbaycan modelinin dayanıqlığını ortaya qoyur”.

Tədbirdə daha sonra “Beynəlxalq standartlara əsaslanan islahatların aparılması sığorta-pensiya siyasətinin strateji istiqamətlərindəndir”, “Yeni iqtisadi münasibətlər sistemində sosial sığortanın təşkili”, “Azərbaycan Respublikasının sığorta-pensiya sistemi üzrə milli qanunvericiliyi beynəlxalq hüququn ümumi prinsip və normalarına uyğun formalaşmışdır”, “Azərbaycanın yeni sığorta-pensiya sistemi bazar iqtisadiyyatı şəraitində pensiyaçıların sosial müdafiəsini təmin edir” mövzularında məruzələr dinlənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR