Bank Of Baku

Ötən il paytaxt bələdiyyələrinin maliyyə durumu 34% pisləşib

Ötən il paytaxt bələdiyyələrinin maliyyə durumu 34% pisləşib
# 21 fevral 2011 13:23 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan paytaxtındakı bələdiyyələrin maliyyə durumu 2009-cu illə müqayisədə 2010-cu ildə 34% pisləşib.

APA-Economics”in xəbərinə görə, bu barədə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin apardığı araşdırmaların nəticələrinə əsasən açıqlama yayıb.

Paytaxt bələdiyyələrinin büdcə gəliri yalnız fiziki şəxslərdən torpaq və əmlak vergisindən formalaşdırılıb. Paytaxtda bələdiyyələr torpaq fonduna sahib olmadıqlarına görə hərrac keçirilməyib və nəticədə bu istiqamətdən yerli büdcəyə maliyyə vəsaiti daxil olmayıb.

İctimai birliyin 20 bələdiyyədə apardığı təhlillərə görə 42% bələdiyyə ötən il əməkhaqqını vaxtında ödəyə bilməyib, 29% bələdiyyə DSMF-yə borclu qalıb. 2010-cu ildə müşahidə aparılan bələdiyyələrdəki əsas problem ərazilərindəki özbaşına zəbt edilmiş torpaq sahələrinin özəlləşdirilməsinə “yaşıl işıq” yandırılmaması olub. Hazırda bu istiqamətdə addım atılması yerli büdcəyə orta hesabla 1 mlrd. manat vəsaitin daxil olmasına imkan verə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR