Bank Of Baku

Bakıda Türk dünyası Riyaziyyat Cəmiyyətinin IV Konqresi keçiriləcək

Bakıda Türk dünyası Riyaziyyat Cəmiyyətinin IV Konqresi keçiriləcək
# 21 fevral 2011 13:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Türk dünyası Riyaziyyat Cəmiyyətinin IV Konqresi Bakıda təşkil olunacaq.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən bildirilib.

Təhsil Nazirliyi və AMEA-nın birgə qərarı ilə iyulun 1-dən 3-dək keçirilməsi nəzərdə tutulan konqresin təşkili üçün təhsil naziri Misir Mərdanovun rəhbərliyi ilə təşkilat komitəsi yaradılıb.

Qeyd edək ki, Türk dünyası Riyaziyyat Cəmiyyəti (TDRC) (Turkish World Mathematical Society (TWMS)) əsası 1999-cu ildə Türkiyənin Elazığ şəhərində qoyulmuş beynəlxalq təşkilatdır. Cəmiyyət öz sıralarında türkdilli ölkələr olan Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstanla yanaşı, Rusiya, Çin, ABŞ, Fransa, İsveç və digər ölkələrdən riyaziyyatçı alimləri də birləşdirir. Təşkilatın məqsədi türk əsilli alimlərin bütün dünya üzrə inteqrasiyasına nail olmaq, onların qabaqcıl elmi mərkəzlərlə əlaqələrinin qurulmasına və möhkəmlənməsinə yardım etmək, eyni zamanda türk soylu alimlərin dünya miqyasında tanıdılmasına dəstək verməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR