Bank Of Baku

Mingəçevirdə əlillər üçün kompüter sinfi açılıb

Mingəçevirdə əlillər üçün kompüter sinfi açılıb
# 21 fevral 2011 15:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə regionlarda kompüterləşmə və internetin istifadə səviyyəsinin artırılması istiqamətində görülən işlər çərçivəsində Mingəçevirdə əlillər və onların ailə üzvləri üçün ixtisaslaşdırılmış kompüter sinfinin açılışı keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, kompüter sinfinin açılış mərasimində Milli Məclisin deputatı Aydın Mirzəzadə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev, Mingəçevir şəhəri İcra Hakimiyyəti və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yeni sinfin köməyi ilə məhdud imkanlı insanlar kompüter bacarıqlarını artıra biləcəklər. Tədbirdə dövlət tərəfindən ölkə regionlarının inkişafı, o cümlədən müasir texnologiyalardan istifadə və internetə çıxış səviyyəsinin artırılmasına yönəldilən diqqət qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR