Bank Of Baku

Türkiyəli jurnalist Cem Oğuzun çəkdiyi “Qaçqın: Anar Usubovun uzun səyahəti” filminin təqdimatı keçirilib - FOTOSESSİYA

Türkiyəli jurnalist Cem Oğuzun çəkdiyi “Qaçqın: Anar Usubovun uzun səyahəti” filminin təqdimatı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 21 fevral 2011 15:50 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə çıxış edən baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işç üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov 1992-ci ildə Xocalıda törədilmiş qətliamın dünyanın ən dəhşətli soyqırımlarından biri olduğunu diqqətə çatdırıb. Baş nazirin müavini qeyd edib ki, ermənilərin azərbaycanlıların başına gətirilmiş bu dəhşətli hadisəni heç faşistlər belə etməyib: “Bu gün azərbaycanlılar öz ərazilərində qaçqın kimi yaşayır. Bu niyə belə olmalıdır? Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi bu vəhşiliklər dünyanın heç bir yerində, heç bir xalqa qarşı edilməyib. Onlar Azərbaycandan gedən erməniləri bir aydan sonra Ermənistandan qovdular ki, siz artıq azərbaycanlaşmısınız. 15 il müddətində milyon yarım erməni Ermənistanı tərk edib. Bütün bunları hamı görür və bilir”.

Ə. Həsənov filmi ərsəyə gətirən Cem Oğuza və bu filmin istehsalında təşəbbüsü olan qurumlara və şəxslərə minnətdarlığını bildirib.

“Qaçqın: Anar Usubovun uzun səyahəti” filminin rejissoru Cem Oğuz bu filmin çəkilişi zamanı sözün bitdiyi bir çox anlar yaşadığını diqqətə çatdırıb: “Bu filmi çəkərkən mənim üçün bir çox sözün bitdiyi anlar oldu. Baxdıqca, törədilənləri izlədikcə heç bir söz düşünə bilmədim. Filmi çəkməkdə iki məqsədim vardı – Ermənistana və Rusiyaya sözümü demək istəyirdim”.

C. Oğuz qeyd edib ki, bir saatlıq filmdə bir çox məqamlara diqqət yetirib. Filmin ərsəyə gəlməsi üçün türkiyəli jurnalist Anar Usubovun ailəsinə də minnətdarlıq edib. Filmin təqdimatında çıxış edən “Mədəniyyət” kanalının rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev də 19 il əvvəl törədilmiş bu faciə barədə danışıb.

Nümayişdə bir çox dövlət rəsmiləri də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR