Bank Of Baku

Səbail rayonunda Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş güllə atıcılığı üzrə yarış keçirilib - FOTOSESSİYA

Səbail rayonunda Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş güllə atıcılığı üzrə yarış keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 22 fevral 2011 07:46 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Səbail rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsi və Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti ilə birgə Səbail rayon məktəbləri arasında Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı ənənəvi xarakteri daşıyan güllə atıcılığı üzrə yarış keçirib. Bu barədə APA-ya Səbail rayon İcra Hakimiyyətindən məlumat verilib. Yarışda Səbail rayonunun 15 orta məktəbinin komandası iştirak edib.

Yarışlara yekun vurulduqdan sonra Səbail rayonunun Badamdar qəsəbəsində ötən il Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunmuş 236 saylı orta məktəbdə Daxili Qoşunlar tərəfindən yaradılmış hərbi hazırlıq kabinetində yarışın mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri general-mayor Novruzəli Orucov çıxış edib.

Səbail rayonunun məktəblərinin komandalarının yarışına yekun vuran münsiflər heyətinin qərarı ilə 1-ci yerə 91 saylı orta məktəbin, 2-ci yerə 190 saylı orta məktəbin və 3-cü yerə isə 239 saylı orta məktəbin komandaları layiq görülüb. Şəxsi yarışlarda 190 saylı orta məktəbin şagirdi Əbülfəz Hüseynli birinci yeri, 239 saylı orta məktəbin şagirdi Fəridə Mustafayeva ikinci yeri və 132-134 saylı Təhsil Kompleksinin şagirdi Kəmaləddin Əliyev üçüncü yeri tutublar. Yarışda I, II və III yerləri tutmuş komandalara və ən sərrast atıcılara müvafiq dərəcəli diplomlar və qiymətli hədiyyələr təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR