Bank Of Baku

Azərbaycan hökuməti əlillərin müdafiəsi ilə bağlı yeni dövlət proqramı qəbul edib

Azərbaycan hökuməti əlillərin müdafiəsi ilə bağlı yeni dövlət proqramı qəbul edib
# 22 fevral 2011 09:28 (UTC +04:00)
Bununla bağlı qərarda deyilir ki, Proqramın əsas məqsədi ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə olunmuş dinamik inkişafa və davamlı tərəqqiyə əsaslanaraq, əlillərin tibbi-sosial reabilitasiyasını kompleks şəkildə həll etməklə, onların sosial müdafiəsinin və son nəticədə cəmiyyətə fəal inteqrasiyasının təmin olunmasıdır.

«APA-Economics»in məlumatına görə, Proqramda əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpası ilə bağlı müxtəlif tədbirlərin görülməsi nəzərdə tutulur. Bura onların xarici ölkələrdə reabilitasiyası, texniki-bərpa və nəqliyyat vasitələri ilə təmin edilməsi, sanatoriya-kurort müalicəsinin təşkili, bədən tərbiyəsi və idmana cəlb edilməsi daxildir. Bundan başqa, sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinə texniki yardım göstərilməsi, əlillər üçün ixtisaslaşdırılmış internat evlərinin və bərpa mərkəzlərinin saxlanılması da nəzərdə tutulur. Belə ki, 2011-ci ildə əlillər üçün ixtisaslaşdırılmış internat evlərinin və bərpa mərkəzlərinin saxlanılmasına 7,67 mln. manat, əlillərin texniki-bərpa və nəqliyyat vasitələri ilə təmin edilməsi üçün 5,17 mln. manat, sanatoriya-kurort müalicəsinə 950 min manat, xarici ölkələrdə reabilitasiyası üçün 240 min manatın xərclənməsi planlaşdırılır.

Bundan başqa, bu il gözdən əlillərin informasiya təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi proqramın hazırlanması, o cümlədən kitabxanalara xüsusi nəşrlərin alınması, istedadlı əlillərin cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi ilə onların yaradıcılıq imkanlarının təbliğinə kömək göstərilməsi, bununla bağlı təbliğat işləri də aparılacaq.

Bu il əlillərin asudə vaxtının təşkili üçün istirahət mərkəzlərinə göndərilməsinə 300 min manat xərclənəcək. Proqramda idman tədbirləri də nəzərdə tutulub – bura əlillərin beynəlxalq yarışlarda iştirakına şərait yaradılması və stolüstü idman oyunları üzrə yarışların keçirilməsi aiddir. Nəhayət əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara maddi və texniki yardımın təşkili də nəzərdə tutulur. Ümumilikdə 15,8 mln. manata başa gələcək bütün bu tədbirlər dövlət büdcəsi hesabına həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR