Bank Of Baku

“Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi problemləri” mövzusunda seminar-müşavirə keçirilib

“Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi problemləri” mövzusunda seminar-müşavirə keçirilib
# 22 fevral 2011 09:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Son 35 ildə bütün dünyada müxtəlif xarakterli fövqəladə hallar üzündən 3,8 mlrd. insan həlak olub, 4,4 mlrd. insan isə ziyan çəkib. Bu, Yer kürəsi əhalisinin təxminən ¾ hissəsini təşkil edir.

APA-nın məlumatına görə, bu barədə “Fövqəl” Assosiasiyasının təşkilatçılığı ilə “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi problemləri” mövzusunda keçirilən seminar-müşavirədə bildirilib.

“Fövqəl” Assosiasiyasının prezidenti Həbib Ocaqov bildirib ki, son illər fövqəladə halların sayı ilbəil artır. BMT-nin hesablamalarına görə, 2050-ci ilə qədər bu artım davam edəcək: “Azərbaycan ərazisində də son illər təbii fəlakətlərin artımı müşahidə olunur. Ötən il Kür çayının daşması, torpaq sürüşmələrinin artması buna sübutdur. Buna görə də fövqəladə hallar riskini azaltmaq üçün konsepsiya və milli platformalar olmalı, xüsusən icmalar arasında fövqəladə hallarla bağlı məlumatlandırma tədbirləri gücləndirilməlidir. Sürüşmə zonalarında, çay qıraqlarında, yüksək gərginlikli xətlərin altında ev tikmək olmaz. Tikilən binalar ərazilərin seysmik göstəricilərinə davamlı olmalıdır”.

Böyük Britaniyanın “Oxfam” beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəsi Şövkət Əlizadə isə bildirib ki, fövqəladə hallara qarşı dayanıqlı müqavimət göstərmək üçün BMT-yə üzv ölkələr tərəfindən Hyoqo fəaliyyət proqramı qəbul olunub: “Azərbaycan da Hyoqo fəaliyyət proqramı çərçivəsində üzərinə müəyyən öhdəliklər götürüb. Bu il həmin öhdəliklərin icrası ilə bağlı BMT-yə hesabat hazırlanacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR