Bank Of Baku

Azərbaycanın təhsil naziri Dünya Bankının missiyası ilə görüşüb

Azərbaycanın təhsil naziri Dünya Bankının missiyası ilə görüşüb
# 22 fevral 2011 12:41 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Təhsil naziri Misir Mərdanov Dünya Bankının Azərbaycanda səfərdə olan missiyasını qəbul edib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Mərdanov Dünya Bankı ilə qarşılıqlı əlaqələr sayəsində təhsilin bütün pillələrində irəliləyişə nail olunduğunu deyib və bir sıra istiqamətlər üzrə nəzərdə tutulan layihələrin icrasının intensivləşdirilməsinin zəruriliyini vurğulayıb. O, həyata keçirilməsi nəzərdə tutulan bir sıra layihələrin reallaşdırılmasında da Dünya Bankı ilə əməkdaşlığın mühüm nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.

Missiyanın rəhbəri, Dünya Bankının məsləhətçisi Mark Blank da Təhsil Nazirliyi ilə səmərəli əlaqələrin olduğunu, təhsil sektorunda bütün layihələrin uğurla nəticələndiyini söyləyib. Yaxın vaxtlarda nəzərdə tutulmuş digər layihələrin də reallaşdırılacağına inanan M. Blank, bankın bundan sonra da birgə əməkdaşlıq çərçivəsində Azərbaycana hər cür kömək etməyə hazır olduğunu nəzərə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR