Bank Of Baku

Türkiyəli professor BDU-da mühazirə oxuyub

Türkiyəli professor BDU-da mühazirə oxuyub
# 22 fevral 2011 14:00 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Erməni-Türk münasibətləri mövzusunda bir çox tarixi araşdırmaların müəllifi olan Türkiyənin tanınmış politoloqu, professor Hikmət Özdəmir Bakı Dövlət Universitetində (BDU) olub. BDU-nun Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, tələbələrə “1915-2015 illərində erməni məsələsi” mövzusunda mühazirə oxuyan türkiyəli professor, ermənilərin 1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırımla 1914-1916 illərdə Şərqi Anadoluda dinc əhaliyə qarşı törətdikləri kütləvi qətllər arasında maraqlı paralellər aparıb. Hikmət Özdəmir Türkiyədəki hadisələrin beynəlxalq hüquq normalarının müəyyən olunmadığı bir dövrdə, Xocalı soyqırımının isə əksinə, dinc əhali ilə əlaqədar bütün hüquqların beynəlxalq sənədlərdə açıq-aydın şəkildə əks olunduğu bir vaxtda törədildiyinə diqqət çəkib.
Mühazirədə iştirak edən tarix fakültəsinin dekanı, professor Sani Hacıyev Azərbaycanda bu mövzu ilə bağlı aparılan araşdırmalar haqqında danışıb. S. Hacıyev bu yaxınlarda BDU-nun nəzdində Erməni Araşdırmaları Mərkəzinin fəaliyyətə başladığını, Qafqazşünaslıq kafedrasında isə erməni dilinin söyləyib.
Erməni yalanlarını dünyaya ifşa etmək üçün Türkiyə və Azərbaycan tarixçilərinin səylərini birləşdirməyin vacibliyini vurğulayan H. Özdəmir sonda tələbələri maraqlandıran suallara cavab verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR