Bank Of Baku

Səhiyyə Nazirliyinin mütəxəssisləri əhalinin tibbi xidmətlə bağlı müraciətlərini yerlərdə araşdıracaq

Səhiyyə Nazirliyinin mütəxəssisləri əhalinin tibbi xidmətlə bağlı müraciətlərini yerlərdə araşdıracaq
# 22 fevral 2011 14:26 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Səhiyyə naziri Oqtay Şirəliyev əhaliyə tibbi yardımın göstərilməsi ilə bağlı yaranan mübahisəli məsələlərin araşdırılmasının yerlərdə təşkili və bu zaman operativliyin, şəffaflığın təmin olunması məqsədilə əmr imzalayıb. Səhiyyə Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əmrə əsasən Bakı şəhərində yerləşən tibb müəssisələrində nazirliyin mütəxəssislərinin təhkimçiliyi tətbiq olunub. Təhkim olunmuş nazirliyin mütəxəssisləri şənbə günü də daxil olmaqla, hər iş günü saat 9:00-15:00-dək fəaliyyət göstərəcəklər.

Mütəxəssislərə əhaliyə tibbi yardımın göstərilməsi ilə bağlı edilən müraciətlər zamanı onların səlahiyyətlərinə daxil olmayan məsələlərin həlli barədə dərhal Səhiyyə Nazirliyinə məlumat verilməsi tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR