Bank Of Baku

Qəbələdə QHT-lər üçün regional təlim kursları təşkil edilib

Qəbələdə QHT-lər üçün regional təlim kursları təşkil edilib
# 22 fevral 2011 23:09 (UTC +04:00)
Qəbələ-Şahnəzər Bəşirov-APA. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası fevralın 22-də Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzində mühasibatlıq işinin təşkili və maliyyə hesabatlarının hazırlanması ilə bağlı təlim kursları təşkil edib. APA-nın yerli bürosunun xəbərinə görə təlimdə Qəbələ, Oğuz, Şəki, Qax, Balakən, Zaqatala, İsmayıllı və Göyçay rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının 20-dən artıq nümayəndəsi iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının baş mühasibi Tofiq Həsənov iştirakçılara “Mühasibat uçotu haqqında» Qanunun ayrı-ayrı maddələri haqqında məlumat verib, “QHT-lərin milli mühasibat uçotları standartlarına keçidinin təşkili”, “Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim olunan maliyyə hesabatların tərtib edilməsi qaydaları” mövzusunda məruzə edib. Şuranın Növbəti regional təlimlər Mingəçevir, Şəmkir, Şirvan və Qubada keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR