Bank Of Baku

Azərbaycan ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər keçirilib

Azərbaycan ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər keçirilib
# 23 fevral 2011 07:25 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində “Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirilib. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Oğuz rayonu ərazisində keçirilən reyd zamanı qanunsuz ov edən 1 nəfər saxlanılıb və ondan 1 ədəd ov tüfəngi götürülüb. Qanun pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə Oğuz rayon Polis Şöbəsinə müraciət edilib. Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində keçirilən reyd zamanı mühafizə rejimini pozan 2 şəxs saxlanılıb, onlardan 2 ədəd ov tüfəngi, 4 ədəd patron aşkar edilərək götürülüb və həmin şəxslər barəsində müvafiq akt və protokollar tərtib olunub. Ağzıbir, Sarısu, Mahmudçala və Samux Ovçuluq Təsərrüfatlarında keçirilən reydlər zamanı mühafizə rejimini pozan 5 nəfər saxlanılıb və onlardan, ümumilikdə 5 ədəd ov tüfəngi və 5 ədəd patron aşkar edilərək götürülüb. Fakt üzrə qanuna müvafiq qaydada akt və protokollar tərtib edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR